• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-ın nümayəndə heyəti Türkiyədə səfərdədir

YAP-ın nümayəndə heyəti Türkiyədə səfərdədir
28.10.2022 19:30
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş ölkə Türkiyəyə səfər edib.

Bu barədə partiyadan bildirilib.

Səfər çərçivəsində YAP nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın ictimaiyyətə açıqlayacağı "Türkiyənin yüz ili” təqdimat proqramında iştirak edəcək.


Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Tahir Budaqovun AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüşü olacaq.

Yeni Azərbaycan Partiyası Türkiyə xaricindən bu tədbirə dəvət edilmiş yeganə siyasi təşkilatdır. Bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla bərabər, YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsinin təcəssümüdür.


Nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da təmsil olunurlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol