Bakıda bal yarımarkası başa çatıb

Bu il Kənd Təşərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarımarda 90 tona yaxın bal satılıb. Bu barədə Nazirlikdən məlumat verilib.
Yarımarkada 120 tona yaxın məhsul satışa çıxarılıb. Satışa çıxarılan balın 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid olub.
Satış məhsulları üzrə 45 arıçıya "Keyfiyyətli arıçı” və "Fərqlənmə” sertifikatları verilib.
Hər arıçıya satış üçün maksimum 30 ədəd arı şanı satmaq icazəsi verilib.
Bal sayca 22-ci Respublika bal yarımarkası olub. Yarımarka isə 1-20 oktyabr tarixlərində baş tutub.
Gülnar
www.anews.az
























