• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbovun oğulları - FOTOLAR

Vasif Talıbovun oğulları - FOTOLAR
10.04.2014 15:02
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... Modern.az  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovlar barəsində yazı təqdim edib. Həmin yazını oxucularımıza təqdim edirik.Vasif Talıbov uzun illərdir Ermənistanın blokadasında qalan Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir. Bu il yanvarın 14-də 54 yaşını qeyd etmiş cənab Talıbov 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon Xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.16 dekabr 1995-ci il tarixindən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışır.Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş Vasif Talıbov 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib.Azərbaycan Respublikası I, II, III və IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.2010-cu ildə yubileyini - 50 yaşını qeyd edəndə ölkə başçısının sərəncamı ilə Vasif Talıbova Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə «Şöhrət» ordeni verilib. Modern.az saytının məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iki oğlu var - Rza və Seymur Talıbovlar.Rza Talıbov Ali Məclis sədrinin böyük oğludur. O, atasının rəhbərlik etdiyi siyasi qurumun - hakim Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının şura üzvüdür.Rza Talıbovun iş adamı kimi fəaliyyət göstədiyinə dair məlumatlar var. Məlumata görə, Bakı Dövlət Universitetini bitirmiş 32 yaşlı Rza Talıbov hazırda Naxşıvanda fəaliyyət göstərən “Gəmiqaya Holdinq”in prezidentidir.Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov isə elm sahəsində çalışır. Onun Naxçıvan şəhərindəki 12 saylı orta məktəbi  bitirəndən sonra London Universitetində ali təhsil aldığı bildirilir. Modern.az saytının məlumatına görə, Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura üzvüdür. Qeyd edək ki, Seymur Talıbov alimlik dərəcəsi almaq üçün bir neçə gün öncə - aprelin 1-də dissertasiya müdafiə edib. O,Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim etmişdi. Seymur Talıbovun müdafiə etdiyi elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.Bəzi KİV-lər indiyədək Seymur Talıbovun fəaliyyəti barədə müxtəlif iddalarla çıxış edib. Onun gah XİN-də işlədiyi, gah da biznes sahəsində çalışdığı bildirilirdi. Amma indi belə məlum olur ki, bu iddaların əsası yoxmuş.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol