• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi - GENERAL

Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi - GENERAL
08.11.2022 10:57
Vətən müharibəsi zamanı Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”.
 
Bunu Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov deyib.
 
Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən döyüşlərin komandanlarından biri olmuş general bildirib ki, hərbi qulluqçular əvvəlcə Şuşa yüksəkliklərinə nəzarəti təmin edib, daha sonra şəhərə girmək üçün fürsət gözləyib:
 
"1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Həmin hadisənin üzərindən illər keçəndən sonra Şuşanın işğaldan azad olunması əməliyyatında iştirak etdim. Döyüşlər zamanı duman çəkiləndən sonra Şuşanı görəndə çox həyəcan keçirdik. Həmin anları heç vaxt unutmaram. O zaman əmin olduq ki, biz şəhərə girəcəyik”.
 
Onun sözlərinə görə, həmin vaxt Azərbaycan Ordusu bütün çətinliklərə rəğmən, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazır idi:
 
"Düzdür, Şuşanın relyefi çox çətindir. Bu, bizim işimizi xeyli çətinləşdirirdi. Amma Şuşaya daxil olmağımıza və orada möhkəmlənməyimizə heç nə, heç bir qüvvə mane ola bilməzdi”.
 
"Şuşaya daxil olarkən çox böyük qürur hissi keçirdik. Həmin hisləri sözlə ifadə etmək mümkün deyil. Şuşa bizim üçün çox əhəmiyyətli idi. Şükür ki, bu müqəddəs tapşırığı layiqincə yerinə yetirdik”, - Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.
 
Qeyd edək ki, K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
 
O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol