• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı
09.11.2022 22:04
Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan "Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr "Zəfər günü” və 9 Noyabr "Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu.
 
Təşəbbüs "Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən görüntüləri buradan izləyə bilərsiniz. 


Bildirək ki, "Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.


"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


AKTİ - İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. Hal-hazırda İttifaqın 23 üzv könüllü təşkilatları var ki, respublika üzrə onların hərməylik göstərərək birgə fəaliyyəti təşkil olunur



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol