Azərbaycan Ordusunun giziri intihar edib

Azərbaycan Ordusunda intihar hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, S. Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























