• $
  • €
  • ₽
  • ₺
  • £

Böyükşor gölünə bitişik bütün obyektlər ləğv olunacaq

Böyükşor gölünə bitişik bütün obyektlər ləğv olunacaq
09.04.2014 21:08
Böyükşor gölünün çirkab sulardan tamamilə təmizlənməsi layihəsi 2018-ci ilə qədər başa çatacaq. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində "Ekoloks" ekoloji hüquq mərkəzinin eksperti Samir İsayev  məlumat verib. Onun sözlərinə görə, gölün tamamilə yenidən qurulması üçün Hollandiyadan texnika gətirilməsi planlaşdırılır. Həmin texnikalar sayəsində nəinki gölün ətrafı, həmçinin dibi də təmizlənəcək. Təxminən bir metrdən artıq dərinlikdə lil qatı çıxarılacaq və gölə təmiz su veriləcək. Böyükşor gölünün tamamilə ekoloji təmiz gölə çevriləcəyini, bitki və canlılardan ibarət mühit formalaşdırılacağını deyən Samir İsayev bildirib ki, gölün tamamilə bərpası üçün görüləcək bütün işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: "Plana əsasən gölə bitişik obyektlər ləğv olunacaq. Gölün genişləndirilməsi yox, kiçildilməsi nəzərdə tutulur. İlk olaraq gölün 1/3 hissəsində abadlıq işləri aparılacaq. Həmin ərazini göldən yeni magistral yol ayıracaq. Layihəyə əsasən, Böyükşor gölünü iki yerə böləcək 6 zolaqlı yolun eni 44 metr olacaq. Fikrimcə, gölün üzərindən körpü salınsaydı, daha münasib olardı. Lakin körpü tikilməsi baha başa gəlir”. Samir İsayev  bildirib ki, Böyükşor gölü də daxil olmaqla, artıq  9 göldə monitorinqlər və tədqiqatlar aparılıb. Göllərin geoloji və hidroloji məqamları araşdırılıb, göl suyundan, lilindən analizlər götürülüb: "Ətraf mühiti sağlamlaşdırmaq üçün istənilən halda böyük vəsait lazımdır. Bunun başqa yolu yoxdur. Böyükşor gölünün ilk olaraq seçilməsi şəhərin infrastrukturu ilə bağlıdır. Sıra ilə götürsək, ikinci növbədə  Xocasən gölünün sağlamlaşdırılmasına real imkan var. Daha sonra Binəqədi gölü əhəmiyyətidir. Bunlara xərc çəkilsə, dövlət bu işdən qazanar". Masazır gölünün aqibətinə də  toxunan Samir İsayev bildirib ki, sözügedən göl 9 gölün sırasında deyil: "Amma bu gölün çox dəyərli bir yeri var. Masazır gölü bir az fərqlidir. Onun qurudulmasından söhbət gedə bilməz. Çünki sərvətdir, orada olan duz müalicəvi əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, o gölün ətrafında sanatoriyalar tikilməli, müalicə və sənaye məqsədi ilə istifadə olunmalıdır". Abşeron yarımadasında 9 çirklənmiş gölün dövlət vəsaitləri hesabına bərpa olunmasına gəlincə  Samir İsayev  bildirib ki, bu işlərin bütünlüklə büdcə hesabına gerçəkləşdirilməsi düzgün deyil. “Bunun üçün sahibkarların imkanlarından istifadə edilməlidir. Dünyanın heç bir yerində eyni vaxtda 9 gölün  qurudulması üçün maddi imkan olmayıb. Belə bir imkanın Azərbaycanda olması əlbəttə ki sevindiricidir. Amma yaxşı olardı ki, sahibkarların  da imkanlarından istifadə olunsun. Dünya təcrübəsində belə layihələrin gerçəkləşməsində sahibkarların böyük rolu olub".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol