• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əhmədov saxlanılmayıb - YENİLƏNİB

Fərhad Əhmədov saxlanılmayıb - YENİLƏNİB
22.11.2022 17:01
( Fərhad Əhmədovun açıqlaması əlavə olunub) 
 
İş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. 

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. 

Saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Hazırda F.Əhmədovun barəsində istintaq davam edir.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı "Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.(Demokrat.az)
 
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov barəsində yayılan məlumatlara cavab verib.

------------------------------------
İş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə "Qafqazinfo”ya göndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib.


"Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib və iti surətlə dərc edilməkdə davam etməkdədir. Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və "mənim casusluqda ittiham olunduğum” kimi absurd məlumatlar dərc edilib. Bildirirəm ki, mənim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım və ya mənə qarşı hər hansı bir ittihamın irəli sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafında antireklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyəti olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır” , - açıqlamada deyilir. 


Fərhad Əhmədov əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşı olması ilə yanaşı bir azərbaycanlı kimi istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətində, istərsə də biznes fəaliyyəti zamanı daim Azərbaycana qulluq edib.
 
"Cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur. Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətləri mənə və məni tanıyan hər bir şəxsə məlumdur - məni xalqımın gözündə nüfuzdan salmaq, şərəf və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir” - bildirib.


Fərhad Əhmədov barəsində yayılan məlumatlar təkzib edilməzsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol