• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial yardım alanların sayı açıqlandı

Sosial yardım alanların sayı açıqlandı
09.04.2014 14:37

Bu ilin 1 aprel tarixinə 139 min 573 ailə ünvanlı dövlət sosial yardımı alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, sosial yardımlar respublikanın 612 min 114 nəfər ailə üzvünü əhatə edir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir. Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.Nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olub. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılıb. Eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanıb. Bunun nəticəsidir ki, bu ilin birinici rübündə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə Nazirliyin 142- “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azalıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol