• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya İbrahimli azadlığa buraxıldı

Ziya İbrahimli azadlığa buraxıldı
24.11.2022 21:24
Almaniyadan Azərbaycana deportasiya ediləndən dərhal sonra öncə inzibati qaydada həbs edilən, daha sonra barəsində cinayət işi başlanan Ziya İbrahimli noyabrın 24-də azadlığa çıxıb.

Bu barədə "Meydan TV" məlumat yayb. Bildirilib ki, o, Biləsuvar Rayon Məhkəməsinin qərarıyla həbsdən buraxılıb.

Ziya İbrahimli aliment öhdəlikləriylə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunurdu. Bu ittihamla da onun haqqında öncə Biləsuvar Rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs qərarı çıxarılıb. Ardınca Cinayət Məcəlləsinin 306.1 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlanıb.
Ziya İbrahimlinin vəkili Elçin Sadıqov bildirib ki, ittihamda bəhs olunan məhkəmə qərarı üzrə öhdəliklər (toplanmış aliment məbləği) tam icra olunduğuna görə  məhkəmə cinayət işinə xitam verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı fəallarından olan Ziya İbrahimli 2018-ci ildə prezident seçkisindən sonra ölkəni tərk edərək, Almaniyaya gedib. O, siyasi mühacir kimi, oturum almaq üçün müraciət etsə də, Almaniyanın müvafiq qurumlarından "yox” cavabı alıb. Bir müddət sonra isə onun haqqında deportasiya qərarı çıxarılıb.

Son bir il ərzində Almaniyadan deportasiya edilən ictimai-siyasi fəallardan 6 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə xəsarət yetirmə ittihamı verilib. Həbs olunanlar əsasən, Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı Almaniyada keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərdir.

Onlar ittihamların saxta olduğunu, Almaniyada Azərbaycan hökumətinə qarşı etirazlarda iştiraklarına görə cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol