Dənizkənarı Milli Parkda gənc cütlük intihara cəhd edib - FOTOLAR

Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən hər iki şəxsi xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























