Nazir generala yeni köməkçi TƏYİN ETDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Oktay Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.
www.anews.az
Əmrə əsasən, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib.
www.anews.az
























