• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevə 50 gün həbs cəzası verilib - YENİLƏNİB

Bəxtiyar Hacıyevə 50 gün həbs cəzası verilib - YENİLƏNİB
09.12.2022 17:30
İctimai fəal Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayobn məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Aqil Layic məlumat verib. 
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. Həmin maddələr ilə o, pul cəriməsi və ya  3 ilədək azadlıqdan məhrum edilə bilər.

Vəkil bildirib ki, Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda səsləndirdiyi tənqidi  fikirlərinə görə  təqib olunduğunu bildirib.

Müdafiə tərəfi həmçinin qeyd edib ki, məhkəmə qərarı ilə razı deyil və həbs qətiimkan tədbiri barədə qərardan apellyasiya şikayəti vermək niyyətindədir. 
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur. Hacıyev və Alovlu  bir-birini böhtanda ittiham edirdilər.

Məhkəmə proseslərindən birində onlar arasında sözlü atışma başlayıb və davaya çevrilib. Bundan sonra Hacıyevə qarşı cinayət təhqiqatı başlayıb.

Bəxtiyar Hacıyev hakimiyyətin kəskin tənqidçisi kimi tanınıb.  O, bir neçə dəfə saxlanılıb və şiddətə məruz qaldığını bildirib.

Bu ilin avqustunda Hacıyev  hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan vətəndaşlığından imtina etməsi haqqında Prezident Administrasiyasına ərizə ilə müraciət edib.

Alovlu ilə Hacızadə arasında münaqişə onların pişiklərinin balalarını bölüşə bilmədikləri üçün baş verən mübahisədən sonra başlayıb. Məişət mübahisəsi qarşılıqlı ittihamlara keçib və məhkəmə təhqiqatı başlayıb.

Bəxtiyar Hacıyev hakimiyyətin tənqidə görə ondan qisas almaq üçün bu faktdan istifadə etdiyini bildirib.

DİN-dən Hacıyevin Bakı Şəhər baş Polis İdarəsində CM-in 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə başlamış cinayət işi ilə əlaqədar saxlanıldığını təsdiq ediblər.

_________
 
Bəxtiyar Hacıyev saxlanılıb.  Bu barədə Daxili İşlər nazirliyindən bildirilib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün  məhkəməyə göndərilib. 
 
Bəxtiyar Hacıyev bu gün Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.
 
 
___________
 
İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb. Bu barədə vəkil Aqil Layıc facebook hesabında paylaşım edib.

Onun sözlərinə görə , Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
 
"Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır",- vəkil vurğulayıb.

Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.
 
Aytac
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol