• $
  • €
  • ₽
  • ₺
  • £

"Media haqqında" qanunu standartlara uyğunlaşdırmağa çağırırıq - Avropa Şurası

"Media haqqında" qanunu standartlara uyğunlaşdırmağa çağırırıq - Avropa Şurası
09.12.2022 18:04
Azərbaycanın "Media haqqında” qanunu Avropa Şurası standartlarına uyğunlaşdırılmalıdır. Bu fikirlər, Avropa Şurasının Nazirlər Komitəsinin Strasburqda  qəbul etdiyi qətnaməsində deyilir.  

"AŞ NK Azərbaycan hakimiyyət orqanlarını  "Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edir; onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edir”, - sənəddə bildirilir. 
 
Komitə həmçinin, Azərbaycan hökumətini "Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatlar təqdim etməyə çağırıb.  

Jurnalistlərə qarşı törədilmiş cinayətlərin araşdırılması, uyğun yerli məhkəmə təcrübəsinin yaxşılaşdırlması da sənəddə ifadə edilən çağırışlar arasındadır. 

Avropa İnsan Haqları (AİHM) Məhkəməsinin qərarlarının icra durumu müzakirə olunan toplantının yekununda qətnamələr elan edilib. 

3 gün davam edən iclasda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Kipr, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Malta, Moldova, Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Birləşmiş Krallıqla bağlı qərarların icra durumu araşdırılıb.
 
Azərbaycanda "Media haqqında" qanun 30 dekabr 2021-ci ildə qəbul olunub. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
 
Qanun qəbul edilməzdən əvvəl  layihəyə etiraz olaraq  bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib. 

Lida Abbaslı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol