• $
  • €
  • ₽
  • ₺
  • £

ANS bəzi KİV-lərə cavab verdi

ANS bəzi KİV-lərə cavab verdi
07.04.2014 17:54
Bəzi kütləvi informasiya vasitələri ANS telekanalının Xəbərçi proqramında efirə gedən bir reportajla bağlı əsl qarayaxma kampaniyasına start veriblər. ANS Müstəqil Yayım Və Mediya Şirkəti bununla bağlı bildirib:Söhbət dövlətimizin və millətimizin tarixinin kədərli səhifəsindən - Kəlbəcərin işğalından bəhs edən videomaterialdan gedir. Ayrı-ayrı maraqlara, bəlkə də xarici kəşfiyyat mənafelərinə xidmət etdiyi şübhə doğurmayan qüvvələrin təsiri altında olan bəzi araqarışdıranlar, bir sıra dövlətlərin maraqlarını həyata keçirənlər bu materialı efirə hazırlayan jurnalistimizi az qala kəlbəcərli qaçqınların hisslərini təhqirdə ittiham ediblər. Xalis cəfəngiyyat!Əslində nə baş verib: Xüsusi müxbirimiz Ləman Əliəşrəfqızı mühüm bir yaşayış məntəqəmizin düşmənə təhvil verilməsi barədə ciddi araşdırma hazırlayıb. Təbii ki, buraxdığımız bütün səhvləri soyuqqanlı şəkildə dərindən araşdırmasaq, Azərbycanın ərazi bütövlüyünün bərpası uğrunda döyülşərdə dönüş yarada, itirdiyimiz torpaqları geri qaytara bilməyəcəyik. ANS Azərbaycanda yeganə telekanaldır ki, bütün Qarabağ müharibəsini əvvəldən axıradək lentə alıb və bu gün bu arxiv Azərbaycan Dövlətinin Qızıl Fondudur. Biz kimin kim olduğunu, dava vaxtı hansı işlərlə məşğul olduğunu da yaxşı bilirik. Əgər bu gün ANS öz arxivlərini tam açmırsa, bu yalnız ona görədir ki, dövlətimizin maraqlarını düşünürük. Amma ara-sıra bəzi kadrlar, fraqmentlər nümayiş etdirməyimiz də kifayət edir ki, ağı qaradan seçmək mümkün olsun. Bu kadrları ANS güllə, mərmi partlayışları, ölüm riski altında çəkib. Azərbaycanın Ən Yeni Tarixinin salnaməçilərinə bu xidmətə görə minnətdarlıq etmək əvəzinə bəzi kəmfürsətlər tapılır ku, ANS-in əməkdaşlarına qara yaxmağa cəhd göstərir. ANS-i təkcə kəlbəcərlilər deyil, bütün Azərbaycan xalqı, o cümlədən qaçqınlıq taleyinə məhkum olmuş insanlar yaxşı tanıyır və bizə böyük hörmətlə yanaşırlar. ANS elə buna görə də öz fəaliyyəti ilə fasiləsiz çalışır ki, qaçqınlar öz yurd-yuvasına qayıtsınlar və ANS bunun üçün əlindən gələni əsigəmir. Burnuna barıt qoxusu dəyməmiş, dava vaxtı, Allah bilir, başını harda gəldi girləyən araqarışdıranlara isə məsləhətimiz budur ki, bulanıq suda balıq tutmaq sevdasına düşməsinlər. Gözlərini daha geniş açsınlar və görsünlər ki, biz müharibənin birinci mərhələsini uduzmuşuq. Bunun niyə belə olması barədə özlərinə sual versinlər. Və yalnız bundan sonra sağlam beyinlə dərk etmək olar ki, qalib gəlmək üçün neyləmək lazımdır. Nə etmək lazımdır ki, Azərbaycan bayrağı ölkəmizin hər bir bucağında qürurla dalğalansın.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol