DTX-nin Naxçıvanda əməliyyat apardığı və saxlanılanların olduğu deyilir- İDDİA

Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublika xəstəxanasını araşdırmağa başlayıb. Bu barədə Ovqat.com xəbər verir ki, baş həkim Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.
Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.
"Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, - mənbə bildirib.
www.anews.az
























