• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-lə bağlı daha bir qalmaqal - VİDEO

ANS-lə bağlı daha bir qalmaqal - VİDEO
07.04.2014 11:28
Deputat Etibar Hüseynovun ANS-in efirində qaçqın və məcburi köçkünlər barədə sərsəm fikirlər səsləndirməsindən sonra bu telekanalda daha bir oxşar skandal olub.ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ikinci qalmaqalın səbəbi isə Kəlbəcərin işğal günü “Xəbərçi” proqramının saat 21:00 buraxılışında efirə gedən “Kəlbəcərsiz 21 il” başlıqlı süjetidi. Kəlbəcər sakinləri tələb edirlər ki, bu süjetdə səslənən fikirlərə görə ANS telekanalı üzr istəsin.Onlar Ləman Əliəşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına jurnalistin təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” və “Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar” ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir.Məsələni qəlizləşdirən məqam isə süjet efirə veriləndən az sonra bununla bağlı iradlarını bildirən kəlbəcərli ziyalılara süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirilməsidir. Facebook yazışmalarında ANS-in jurnalisti onu tənqid edənləri qəzet səhifələrinə çıxara bilmədiyimiz ifadələrlə aşağılayıb.Əslən kəlbəcərli hüquq müdafiəçisi və jurnalist Xalid Vahidoğlu “Azadlığ”a açıqlamasında bildirib ki, onlar da işğal altında olan bütün ərazilərin itirilməsinin səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin tərəfdarıdır. Amma bu, birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsilə müşayiət olunmamalıdır:“Biz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə müraciət hazırlamışıq. Müraciətdə, rəhbərlik etdiyi kanalın efirində səsləndirilən təhqiramiz ifadələrə görə üzr istənilməsini tələb edəcəyik”.Xalid Vahidoğlu deyir ki, süjetdə səsləndirilən ifadələrdə jurnalist etikasının pozulması, təhqir elementlərinin olmasına dair media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var:“Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiqləndi və bu barədə mətbuatda da məlumat yayıldı.Biz müraciətimizi ANS telekanalına göndərəndən sonra bir həftə onların üzr istəməsini gözləyəcəyik. Süjetin efirə verildiyi “Xəbərçi” verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həllinə çalışacağıq.Ümid edirik ki, müraciətimiz anlayışla qarşılanaraq yerinə yetiriləcək və məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac qalmayacaq. Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Bunu edənlər isə qanun qarşısında cavab verməlidir”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol