Uşaqların əlilliyinin dərəcələrə görə qiymətləndirilməsinə başlanılıb

Uşaqların əlilliyinin dərəcələrə görə qiymətləndirilməsinə başlanılıb. Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, belə olan halda ağır xəstəlikli uşaqların müavinəti yüngül olanlardan fərqlənəcək.
Anar Bayramov qeyd edib ki, cari ildə 18 yaşına çatmamış 4 606 uşağa yeni meyarla əlillik təyin edilib.
Lida Abbaslı
www.anews.az
























