2023-cü ilin ilk günlərində 4 qanunsuz ov faktı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi reydlər nəticəsində 2023-cü ilin ilk günlərində 7 qanunsuz ovlama faktı aşkarlanıb. Onlardan üçü balıq ovu, digərləri isə heyvan ovu ilə bağlı olub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 2022-ci ilin hesabatına dair mətbuat konfransında deyib.
Qanunsuz heyvan ovlayan şəxslər 1000 manat məbləğində cərimələnib.
Ötən ilin sonunda 5000 metrə qədər sintetik tor müsadirə olunub. Onların böyük əksəriyyəti Neftçala ərazisinə təsadüf edib.
Lida Abbaslı
www.anews.az
Son xəbərlər 
Daha çox 























