• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi hüququm təmin olunmur- ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA

Hərbi hüququm təmin olunmur- ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA
30.01.2023 14:17
Qamət İsmayılov Birinci Qarabağ müharibəsi zamanında könüllü iştirakçılardan biri kimi döyüşlərdə iştirak edib yaralansa da, xidmətləri ilə bağlı bəzi sənədlərinin ona verilmədiyini deyir. Bu barədə İsmayılov anews.az-a şikayət edərək bildirib. 
 
O bildirir ki, anadangəlmə ikinci qrup əlil olub, müharibənin çətin dövrləri olduğuna görə əlil də olsa, müharibəyə gedib. İsmayılov deyir ki, o, Daxili Qoşunlarda, Polis Alayında Əməliyyat və  Xüsusi Təyinatlılar dəstəsində olub.
 
"Mənə hərbi hüququmla bağlı bəzi sənədlər, işlərim, iştirak etdiyim yerlərə dair arxiv sənədləri lazımdır. O sənədlərin isə arxivdə tapılmadığı deyilir. Sabiq Daxili İşlər naziri Ramil Usubovun dövründə işimin həll olunması üçün məndən rüşvət istədilər. Hazırda kirayədə qalıram.  Qazi olaraq ev, maşın ala bilməyim, xidmətlərimin qarşılığında sığortalı işlə təmin olunmağım üçün arxivdə tapılmayan o sənədlərə ehtiyacım var”, - o deyib.
 
O deyir, Hərbi Prokurorluq, Hərbi Məhkəmə məsələ ilə bağlı ondan dəfələrlə izahat alıblar, amma nəticəsi olmayıb.
 
Qamət İsmayılov bildirir ki, onun hərbi hüququnun həlli üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ona əlil olduğu halda könüllü xidmətə getdiyi dövrdə yazılmış aldığı xəsarətlərlə bağlı tibbi arayışlar, şəhadətnamə, qərar kimi sənədlər verməlidir.
 
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, Qamət İsmayılovun müharibə, sərhəd və döyüş zonasında hər hansı xəsarət alması ilə bağlı Hospitalda qeydiyyatda olması ilə bağlı heç bir məlumat yoxdur. Bu o deməkdir ki, şəxs həmin zamanlarda qeydiyyat üçün müraciət etməyib.
 
Lida Abbaslı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol