• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyi deyilir

Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyi deyilir
30.01.2023 22:34
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev vəkili vasitəsilə xəbər göndərib ki, aclığı dayandırmamaqda israrlıdır. Bu səbəbdən də ona aclıq aksiyasını dayandırmaq haqda müraciətlərin, xahişlərin göndərilməməsini istəyir. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

 Vəkil yanvarın 30-da Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Müdafiəçi Meydan TV-yə bildirib ki, yanvarın 9-dan başladığı aclıq aksiyası müvəkkilinin səhhətində kəskin problemlər yaradıb. Zibeydə Sadıqova deyir ki, Bəxtiyar Hacıyev həbsdə saxlandığı təxminən ay yarımlıq müddətdə 13 kiloqramdan artıq çəki itirib.

"Mədəsində problemlər yaranıb, qanda şəkərin miqdarı azalıb. Qan təzyiqi çox aşağıdır. Həkimlər də ona fəsadlar barədə xəbərdarlıq ediblər. Amma Bəxtiyar Hacıyev vəkillərinin də xahişlərinə baxmayaraq, aclığı dayandırmaqdan imtina edir”, – vəkil bildirib.

Zibeydə Sadıqovanın sözlərinə görə, müvəkkili özünü təqsirsiz hesab edir və qanunsuz həbsinə bu üsulla etiraz edir: "Bəxtiyar Hacıyev bildirir ki, heç bir cinayət törətmədiyim halda, həyatımın bir hissəsi faktiki oğurlanır, mən də bu yolla etiraz edirəm”.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol