• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputatlar zəlzələdən zərərçəkmiş bölgəyə 40 generator göndərib

Azərbaycanlı deputatlar zəlzələdən zərərçəkmiş bölgəyə 40 generator göndərib
10.02.2023 14:31
Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə 40 ədəd daşınan generator göndərib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib. 
 
"Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub. Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib", - açıqlamada qeyd olunub. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 6-da baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin müntəzəm humanitar yardımı olan xüsusi təyinatlı avtomobilləri Türkiyəyə yola düşüb. 

Məlumata görə, zəlzələdən zərərçəkənlərin yerləşdirilməsi üçün nazirliyin 16 avtomobilinə 830 çadır və 279 qızdırıcı göndərilib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə humanitar yardım daşıyan təyyarə havaya qalxıb. Yardıma zəlzələ qurbanlarının yerləşdirilməsi üçün 200 çadır və 183 qızdırıcı daxildir.

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 mini keçib.

Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin hər yerində dövlət bayraqları yarıya qədər dalğalanır.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.
 
Gülnar Nazimqızı 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol