• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərdə növbəti suvarma mövsümünə hazırlıq işləri görülür

Tərtərdə növbəti suvarma mövsümünə hazırlıq işləri görülür
13.02.2023 21:30
Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Tərtər  rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir.
 
Su itkisinin  qarşısının  alınması  üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir. Əkin sahələrinin suvarılmasına 627 km-ə yaxın təsərrüfatlar daxili və təsərrüfatlar arası arxlar xidmət göstərir. Ötən il 397 min kub metr ekskvatorlarla, 116 min kub metr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb.

Suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb. Ötən il su mənbələrindən 254791 min kub metr su götürülərək 156028 hektar sahəyə 199767 min kub metr su verilib. 

 Tərtər Suvarma Sistemləri İdarəsi  29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtər çay, İncə çay, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsi ilə suvarılır.



          



                                                                                                                                                                                                                                                         "İctimaiyyətlə əlaqələr”sektoru. 
Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5
Tel: +994 12 493 33 80, +994 12 377 07 70 (dax 420) |  Fax: +994 12 493 51 65 
W: https:// www.mst.gov.az /|    E-poçt: [email protected]








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol