• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə baş verən son 2 zəlzələ iki dəqiqə davam edib - AFAD rəsmisi

Türkiyədə baş verən son 2 zəlzələ iki dəqiqə davam edib - AFAD rəsmisi
15.02.2023 16:50
Türkiyənin cənub-şərqində baş verən son iki zəlzələ iki dəqiqə davam edib. Bunu çərşənbə günü Ankarada Türkiyə Fövqəladə Hallar İdarəsi risklərin minimuma endirilməsi şöbəsinin rəhbəri Orhan Tatar yerli telekanallarda çıxışı zamanı deyib.

"Bu iki zəlzələnin ümumi müddəti iki dəqiqə olub. Zəlzələnin ocağı 8,5 və 10 km dərinlikdədir. Bundan əlavə, biz 3858 afterşok qeydə almışıq", - AFAD rəsmisi bildirib.


Tatar qeyd edib ki, vəziyyət son dərəcə ciddidir.
 
"Zəlzələlər 111 min kvadrat kilometr əraziyə birbaşa təsir göstərib. Bu, Avropanın və regionun bir çox ölkələrinin ərazisindən çoxdur.İlk iki zəlzələdən sonra 3858 afterşok qeydə alınıb. "4-5 bal gücündə 394 afterşok, 38-i 5-6 bal gücündə. Bu, çox təsir edici və təhlükəli rəqəmdir", - o deyib.

Bundan əlavə, Tatar güclü yağışların başlaması ilə əlaqədar zərər çəkmiş bölgələrdə əhalini xüsusilə diqqətli olmağa çağırıb.
 
"Bir sıra rayonlarda güclü qar yağmağa başlayıb və ya proqnozlaşdırılır. Dağıntı və dəyişiklikləri nəzərə alsaq, uçqun və sel riski yüksəkdir. Torpaqların sıradan çıxması və sürüşmə riski də var", - Orhan Tatar vurğulayıb. 
 
Türkiyədə zəlzələ nəticəsində həyatını itirən insanların sayı 35 mini ötüb. Yaralıların sayı isə 105 505 yüksəlib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol