• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran və Qumda məktəblilər arasında kütləvi zəhərlənmə olub

Tehran və Qumda məktəblilər arasında kütləvi zəhərlənmə olub
15.02.2023 20:00
İranın Tehran və Qum şəhərlərindəki məktəblərdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

Bu barədə "İran İnternational” məlumat yayıb.

Bildirilib ki, İranın təhsil naziri Yusif Nuri yayılan xəbərləri "şayiə” adlandırıb.

İran mətbuatının məlumatına görə, zəhərlənən tələbələrin çoxu xəstəxanaya çatdırılsa da, Yusif Nuri bu tələbələrin söz-söhbətlərdən qaynaqlanan sıxıntıdan əziyyət çəkərək xəstələndiklərini söyləyib.

Bununla belə, xəstəxanalarda dəm qazından zəhərlənən şagirdlərin olduğu vurğulanıb. Məlumata görə, Qum şəhərinin 13 məktəbində 120 şagird zəhərlənərək hospitala yerləşdirilib. Qum Tibb Elmləri Universitetinin rektor müavini Məcid Mühibbi zəhərlənmələrin səbəbi barədə açıqlama verməyib.

O, zəhərlənmənin nədən baş verdiyi barədə heç nə deməsə də, bəzi media orqanları şagirdlərin dəm qazından zəhərləndiklərini yazıb.

Tehran və Qum şəhərlərində zəhərlənən məktəblilərin və tələblərin ailələri Təhsil Nazirliyi və qurumun yerli idarələrinin binası qarşısında etiraz aksiyaları keçirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol