“Neftçi”nin futbolçusu Braziliya klubuna keçməyə yaxındır

"Neftçi”nin yarımmüdafiəçisi Gilyerme Pato karyerasını ölkəsi Braziliyada davam etdirməyə yaxındır.
"Report” "marcounoesporte.com.br” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Figeyrense”yə keçmək üzrədir.
C seriyasında çıxış edən klubun futbolçu ilə danışıqları müsbət keçib. "Sambaçı” özü də ölkəsinə qayıtmaq niyyətindədir. Həmçinin, "Neftçi” rəhbərliyi əsas heyətə düşə bilməyən oyunçusu ilə yolları ayırmaqda maraqlıdır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























