Nazirlik “Bravo” marketi məhkəməyə verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ölkənin aparıcı supermarketlər şəbəkələrindən birinin - "Bravo”nun sahibi olan "Azərbaycan Supermarket” MMC-yə (VÖEN - 1403051411 ) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbərinə görə, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
www.anews.az
























