• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə hava necə olacaq?

Apreldə hava necə olacaq?
28.03.2014 13:45
Aprel ayında Azərbaycan ərazisində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək, ayrı-ayrı yerlərdə isə iqlim normasına yaxın olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasından az, bəzi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər ayın birinci yarısında 14-19, ikinci yarısında 20-25, bəzi günlərdə 30 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-33 mm), bəzi yerlərdə isə bir qədər az olacaq. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 17-22, ikinci yarısında 23-28, bəzi günlərdə 33 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-59 mm), bəzi yerlərdə isə bir qədər az olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 27 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 54-83 mm) olacaq. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 15-20, ikinci yarısında 22-27, bəzi günlərdə 30-32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasından az (norma 31-54 mm) olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti (gecələr 5-10, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 25-27 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-126 mm) olacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 8-13, ayın birinci yarısında 18-23, ikinci yarısında 25-30, bəzi günlərdə 32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm), bəzi yerlərdə isə bir qədər az olaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə dağlarda 0-5, ayın birinci yarısında 14-19, ikinci yarısında 21-26, bəzi günlərdə 28-30 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol