• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstanda öldürülən azərbaycanlının atası DANIŞDI

Dağıstanda öldürülən azərbaycanlının atası DANIŞDI
29.05.2020 09:34

Turalın öldürülməsindən xəbərsizik”.

 Bunu APA-ya açıqlamasında Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən Balakən sakini Tural Atayevin atası Murtuzəli Atayev deyib. 

 M. Atayev qeyd edib ki, oğlu 3-4 il əvvəl evdən gedib, bundan sonra onunla əlaqələri olmayıb: “Tural Bakıda kollecdə oxuyurdu. Bir neçə il əvvəl dərsə getmək adı evdən çıxdı, sonradan səsi Dağıstandan gəldi. Turalın yaralı olduğunu eşitmişəm, ancaq öldüyündən xəbərsizəm”. 

 M. Atayev oğlunun nə vaxtdan radikal qruplaşmalara qoşulduğunu bilmədiyin qeyd edib: “Biz onun kimlərlə əlaqədə olduğunu haradan bilərdik? Bakıda oxumağa qoymuşduq, sonrada səsi Dağıstandan gəldi”. 

 Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar. 

 Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

 Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb.Əməliyyat zamanı öldürülən 1988-ci il təvəllüdlü Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub. Bir neçə il əvvəl o, radikal dini qruplaşmalara qoşularaq Azərbaycanı tərk edib. T. Atayev silahlı qruplaşma üzvləri arasında “Yəhya” ləqəbi ilə tanınırmış.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol