• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə itkin düşən balıqçılar tapıldı

Xəzərdə itkin düşən balıqçılar tapıldı
26.03.2014 12:04

Azərbaycanın Siyəzən rayonunda itkin düşən 5 balıqçının yeri müəyyənləşib.

 APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri vasitəsilə onlara yanacaq verilib.

 Qayığın sahibi Rauf Paşayevin APA-ya verdiyi məlumata görə, balıqçılarla mütəmadi əlaqə saxlayırlar: “Onlar sağdırlar və sahilə doğru yaxınlaşırlar”.Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5 balıqçının itkin düşməsi barədə məlumat yayıb.

 Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.Balıqçıların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.Bununla bağlı FHN-in qaynar xəttinə məlumat verilib. 

 Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol