TƏBİB Fazil Mustafanın vəziyyəti barədə açıqlama verib

Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır.
Ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb."Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. Fazil Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























