• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda “canlı bomba“ ələ keçdi - VİDEO

Sumqayıtda “canlı bomba“ ələ keçdi - VİDEO
24.03.2014 13:54
Sumqayıt polisi Suriyaya vuruşmağa gedib, sonradan geri dönən şəxsi saxlayıb.

Vesti.az-ın məlumatına görə, saxlanılan 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat, əl qumbarası və ekstremist xarakterli dini ədəbiyyat aşkarlanıb. Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycanda əldə etdiyini bildirib. O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlağını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib. O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvarici təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir.Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır. Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir. APA TV-nin xəbərinə görə, bu konfliktlərdə çeçenlərin, dağıstanlıların, azərbaycanlıların, qazaxların, özbəklərin və ərəblərin adı daha çox hallanır. Bəzən bu qarşıdurmalar ölümlə də nəticələndiyi barədə də xəbərlər dolaşır.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol