• $
  • €
  • ₽
  • ₺
  • £

BBC Fazil Mustafadan yazdı

BBC Fazil Mustafadan yazdı
30.03.2023 15:34
Azərbaycanlı deputata sui-qəsddən sonra  Bakıda İranı Azərbaycan siyasətinə təsir etmək cəhdində ittiham edib. . Yerli kəşfiyyat orqanları hadisəni artıq terror aktı adlandırıb. 2020-ci ildə Qarabağ müharibəsindən sonra hər iki tərəfin bir-birinin sərhədlərində hərbi təlimlər keçirməsi, Azərbaycanın İran casuslarını tutması və İsraillə dostluq etməsi ilə ölkələr arasında münasibətlər kəskinləşib. Bu barədə bbcrussian.com sayt yazıb.
 
Martın 28-də axşam radələrində Milli Məclisin deputatı Fazil Mustafa naməlum şəxs tərəfindən "Kalaşnikov” avtomatından atəşə tutulub. Hücum edən şəxs qaça bilib. Deputat sağ qalsa da, xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti hadisəni terror aktı adlandırıb. 
 
Azərbaycan mətbuatı cinayətin arxasında Azərbaycanla mürəkkəb münasibətlərdə olan İranın dayanması fikrini irəli sürməyə tələsib.
 
Deputat anti-İran mövqeyi ilə tanınır və o dəfələrlə deyib ki, İran Cənubi Qafqazda fəaliyyət göstərən  məscidlərdəki təbliğatçılara təsir etməyə çalışır. O, həmçinin İranı Ermənistanı  dəstəkləməkdə ittiham edib.
 
Mustafa Azərbaycan şiəliyinin (islamda təriqət) İrandan fərqli olduğuna inanıb və bəzi dini ayinləri - xüsusən də şiələrin yas mərasimi olan "aşura” zamanı özünə xəsarət yetirilməsini tənqid edib. 
 
Düşmənimin düşməni... 
 
Qarabağ uğrunda müharibə aparan Ermənistan və Azərbaycan İranla həmsərhəddir. 2020-ci ildə 44 günlük müharibə zamanı İran qoşunlarını iki ölkə ilə sərhədə çəkib. 2020-ci il müharibə zamanı İranın Ermənistanla sərhədini bağlamaması və yük maşınlarının  Ermənistan ərazisindən keçərək Dağlıq Qarabağa keçməsi Azərbaycanın xoşuna gəlməyib.  Hətta ora gedən iranlı sürücülərin saxlanması halları olub. 

İkinci Qarabağ müharibəsindən sonra bölgədə vəziyyət dəyişib. Azərbaycanın strateji müttəfiqi, İranın regional rəqibi olan Türkiyənin rolu artıb. 2020-ci ildə Qarabağ müharibəsində isə Azərbaycan İran İslam Respublikasının əsas düşmənlərindən biri sayılan İsraildən silah alıb. Ona görə də İranla Azərbaycan arasında münasibətlərin sonradan pisləşməsi təəccüblü deyildi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra hər iki ölkə bir-biri ilə sərhəddə, o cümlədən iki ölkənin sərhədindən keçən Araz çayı boyunca bir neçə dəfə hərbi təlimlər keçib.
 


İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, guya Azərbaycan ərazisində, İranla sərhədə yaxın ərazidə İsrail silahlı qüvvələri var və İran "bu halda lazım olan bütün tədbirləri” görməyə hazırdır. 

Hücumlar silsiləsi
 
Bir sıra hücumlar 2023-cü ildə gərginliyi artırıb. Yanvarda bir nəfər Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edib, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. 

Azərbaycanda çoxdan və tez-tez İranı ölkədəki sabitliyi pozmaq cəhdində ittiham edirlər. Ötən ilin noyabrında İran hakimiyyətinin öz ərazilərinə apardığı, silahla təmin etdiyi və istifadə qaydalarını öyrətdiyi, radikal qruplaşmalar yaratmaq üçün Azərbaycana apardığı bir neçə Azərbaycan vətəndaşının həbsi barədə məlumat yayılmışdı.
 


Ötən ilin noyabrında İran hakimiyyəti bir qism Azərbaycan vətəndaşını  öz ərazisinə gətirməsi,  silah paylamsı və  onlardan istifadə qaydalarını öyrədərək radikal qruplaşmalar yaratmaq üçün Azərbaycana göndərməsi  barədə məlumat yayılmışdı. Düzdür, Azərbaycanda Qarabağ müharibəsindən əvvəl də İrana casusluq etdiyinə görə həbslər olub.


Deputata qarşı sui-qəsd ərəfəsində Azərbaycanın xarici işlər naziri və bir neçə deputatın iştirakı ilə Azərbaycanın Tel-Əvivdəki səfirliyinin təntənəli açılışı olub. 

Ümumi ağrılı tarix

İran və Azərbaycanı ortaq tarix və etnik köklər birləşdirir. İran azərbaycanlıları İslam Respublikasında ən böyük etnik azlıqdır. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin sünnü ölkəsi olmasına baxmayaraq, hər iki ölkənin əhalisi əsasən şiəliyə (İslamda iki ən böyük cərəyandan biri) etiqad edir. 

Azərbaycan XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə daxil olub. İndiyədək İranın Azərbaycanla həmsərhəd, etnik azərbaycanlıların yaşadığı əyalətləri uyğun olaraq Şərqi və Qərbi Azərbaycan adlanır. 

Bakıda isə bu ərazilərə Cənubi Azərbaycan deyirlər. İran hakimiyyəti separatçı ovqatdan və Azərbaycanın vahid müstəqil dövlət kimi birləşməsi ideyası tərəfdarlarının fəallığından narahatdır.   
 
Zinyət Mehtiyeva 

www.anews.az
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol