• $
  • €
  • ₽
  • ₺
  • £

AİHM Azərbaycan hökumətini cərimələdi

AİHM Azərbaycan hökumətini cərimələdi
30.03.2023 17:37
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martın 30-da Azərbaycandan göndərilmiş 28 ərizə üzrə 5 qərardad qəbul edib. Qərardadların 4-ü dostca anlaşmalar, 2-si isə hökumətin təktərəfli bəyannaməsi əsasında çıxarılıb.

Bu barədə "aihmaz.org” saytı məlumat yayıb.

Bildirilib ki, Rövşən Məmmədli və Azər Kazımzadə Azərbaycana qarşı məhkəmə işində ərizəçilər barəsindəki inzibati icraataın ədalətli olmaması iddiaları ilə bağlı idi. Ərizəçilər məhkəmə qarşısında ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu qaldırmışdılar. Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün AİHM ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görəsə ümumilikdə 1200 avro ödəməlidir.

Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı məhkəmə işində 18 ərizəçinin sərbəst toplaşmaq hüquqularından yararlanmalarına qeyri mütənasib müdaxilələrin edilməsi, müvafiq icraatların ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11-ci və 6-cı maddələrinin pozuntusunu qaldırmışdılar. Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.

Hikmət Səmədov və başqaları Azərbaycana qarşı məhkəmə işində ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır. Tərəflər kommunikasiya mərhələsində dostca anlaşıblar, anlaşmaya görə, hökumət 4 ərizəçinin (Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov) hər birinə 3600, 1 ərizəçiyə (Ramiz Rzayev) 1500, 1 ərizəçiyə (Rahib Məmmədov) 3000 avro ödəyəcək. Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.

Rahim Şaliyev Azərbaycana qarşı məhkəmə işində də inzibati məhkəmə icraatının qanunsuzluğu iddiaları ilə bağlı idi. Tərəflərin dostca analaşma müzakirələri uğurlu olmayıb. Hökumət ərizəçiyə qarşı pozuntuya yol verildiyi etiraf edərək, məhkəməyə təktərəfli bəyannamə təqdim edib. AİHM həmin bəyannaməni nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1250 avro ödəməlidir.

Ərəstun Baxşəliyev Azərbaycana qarşı məhkəmə işində də toplaşmaq hüququna müdaxilənin qanunsuzluğu, məhkəmə icraatının ədalətsizliyi məsələsi qaldırılmışdı. Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları tanıdığını ifadə edən təktərəfli bəyannamə təqdim edib. Məhkəmə həmin bəyannaməni diqqətə alıb. Qərardada əsasən, hökumət ərizəçiyə 2850 avro ödəyəcək.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol