• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən əsgərin anası danışdı- VİDEO

İtkin düşən əsgərin anası danışdı- VİDEO
13.04.2023 11:48
Əsir düşdüyü bildirilən hərbçi Aqşin Bəbirovun ailəsi oğulları üçün narahatdırlar. Bu barədə Meydan TV-yə əsgərin anası Dürdanə Bəbirova bildirib.
 
"Mənim balamı nə olsun ki, ermənilər paylaşıb, görürəm ki, sağdır. Onun əlinə çörək verib çəkiblər. Bəlkə, sonra o çörəyi təpikləyib balamın əlindən alıblar? Bəlkə, bir az yubansa, balamı sağ verməyəcəklər? Mən buna dözə bilmərəm”,- Dürdanə Bəbirova bildirib.
 
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə saatlarında Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçunun yolu itirərək azdığı haqda məlumat verib.

"Oğlumu görüm, ölsəm də, qəm yemərəm. Bir valideynin istəyi nə ola bilər ki? Uşağına qovuşsun”, - atası Qabil Bəbirov deyib.

Ailələr isə aprelin 5-dən etibarən övladlarının postdan yoxa çıxdığı xəbərini alıb.

"Yuxarıda müraciət etdiklərimiz deyirlər ki, narahat olmayın, bizdə əsgərləri var, biz əsgərləri dəyişib, balanızı sizə təhvil verəcəyik. Bu, məni ana kimi heç cür sakitləşdirmir. Çünki mən heç kimə arxayın ola bilmirəm. Bir həftədir mənim yoldaşıma Naxçıvanda da o söz deyilir, gəlir evə”, - Bəbirova bildirib.

Ermənistan mətbuatı yazır ki, Naxçıvanla həmsərhəd olan Bnunis kəndi ərazisinə iki azərbaycanlı keçib, birini kənd sakinləri tutublar, digərini tapmayıblar. Sakinlər deyirlər ki, gecə saatlarında qapını döyən iki maskalı şəxs mülki geyimdə olub. Kəndlilərə heç bir zərər verməyiblər. Sözügedən kənd Azərbaycan ordusunun mövqelərindən təxminən 20 kilometr aralıda yerləşir.

18 yaşlı Aqşin Bəbirovun ailəsi 9 ayın əsgəri olan oğullarının itkin düşməsinin səbəbini anlamağa çalışır.

İtkin düşən digər hərbçi Hüseyn Axundovun hazırda harada olması barədə heç bir xəbər yoxdur. Hər iki ölkənin Müdafiə Nazirlikləri hərbçinin axtarışlarına davam etdiklərini bildirib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol