• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmir yollarından 10 min manat dəyərində 6 ədəd drossel-transformator oğurlanıb

Dəmir yollarından 10 min manat dəyərində 6 ədəd drossel-transformator oğurlanıb
13.04.2023 18:00
Dəmir yollarından dəyəri 10 min manat olan 6 ədəd drossel-transformatorlar oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
 
Bildirilib ki, dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində maddi sübutlarla birlikdə saxlanılıblar. Onlardan oğurladıqları transformatorların bir hissəsi və hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilərək götürülüb.
 
Saxlanılan şəxslər ifadələrində digər transformatorları hissələrə ayıraraq Səbail rayonu Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Dəstə üzvlərinin oğurladıqları drossel-transformatorları dəmir yollarında qatarların hərəkətinin nizamlanması zamanı istifadə edilən işıqforların fəaliyyətini tənzimləyən əsas elektrik qidalandırıcıdır. Bu hadisə nəticəsində dəstə üzvləri dəmir yolları təsərrüfatına 10 min manata yaxın maddi ziyan vurublar.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol