• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail mediası İranın planlarını ifşa edib

İsrail mediası İranın planlarını ifşa edib
13.04.2023 21:30
İranın İsrailə qarşı planları arasında qonşu ölkələrdə yəhudi dövləti ilə mümkün müharibəyə hazırlıq, habelə həmin qonşuların ərazisinə terrorun yeridilməsi də var.

"İran İnternational”a xəbər verir ki, bu barədə "Maariv” qəzeti İranın İsrailə qarşı açıqladığı planların təfərrüatlarında bildirib.
 
Nəşr İranın İsrailə qarşı təhdidlərinə toxunaraq ölkənin təhlükəsizliyi ilə bağlı Tehranın yəhudi dövlətinin sərhədləri daxilində və xaricində planlarının təfərrüatlarını dərc edib.

"Maariv” İsrail ordusunun kəşfiyyat bölməsinin İrana aid şöbəsində işləyən dörd zabitlə müsahibə apararaq müxtəlif mövzuları, o cümlədən İran xalqının inqilabi üsyanını, bu ölkənin regional fəaliyyətini, eləcə də Tehranın nüvə proqramının vəziyyətini müzakirə edib. Zabitlər İranda son aylar keçirilən etiraz aksiyalarının təsirinin ən azı ya gələn il, ya da iki ilə görünəcəyini vurğulayıblar.

Müsahibədə İranın İraqdakı rolundan və İslam Respublikasının İsraillə mümkün müharibədə istifadə etmək üçün bu ölkədə yerləşdirdiyi yüzlərlə kamikadze pilotsuz uçuş aparatından bəhs edilib.

"Vala News” xəbər saytı qeyd edib ki, İranın ali lideri Əli Xamənei bir il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının bir sıra rəsmilərinin öldürülməsi və İranın nüvə proqramına görə İsraildən qisas almağa dair qərar verib. İsrail mətbuatının yazdığına görə, bu səbəbdən İslam Respublikası öz terror fəaliyyətlərini İsrail sərhədləri daxilinə sıxışdırmağa çalışır.

İsrail ordusu kəşfiyyatının məlumatına görə, İran hakimiyyəti bunu hələ ki bacarmayıb. Ancaq rəsmi Tehran Livan, Suriya, Qəzza zolağı, İordan çayının qərb sahili və İraqda da daxil olmaqla İsrailə qarşı başqa cəbhələri aktivləşdirməyə və gücləndirməyə çalışır.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının rəhbəri ilə görüşdə demişdi: "İran İsrailin təhlükəsizliyinin təhdidlərinin 95 faizinə görə məsuliyyət daşıyır. Əgər dünya gücləri İranın nüvə silahı əldə etməsinə mane olmasa, bütün dünya girov qalacaq”. O, bundan əvvəl İran Beynəlxalq Televiziyasının "Son söz” proqramına verdiyi eksklüziv müsahibəsində isə bildirmişdi: "İran xalqı, İsrail xalqı və bütün azad dünya xalqlarının ortaq düşməni var: öz vətəndaşlarına işgəncə verən, hökmranlığa can atan İrandakı rejim”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol