Biləsuvarda ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Rayonun Əsgərabad kəndində ümumi sahəsi 130 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.www.anews.az