• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı kitaba daxil olan bitkilərin kəsilərək daşınması halları aşkarlanıb

Qırmızı kitaba daxil olan bitkilərin kəsilərək daşınması halları aşkarlanıb
15.04.2023 08:58
Polis əməkdaşları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması istiqamətində Astara rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı "Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini E.Əliyevin idarə etdiyi "Ford Transit” markalı avtomobil saxlanılıb.
 
Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan "Qırmızı kitab”da "Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid olan 16 min 800 ədəd "Budaqlı danaya” bitkilərinin budaqları aşkarlanıb.

Həmin fakt üzrə təbiətə 4200 manat ziyan vurulduğu müəyyən edilib. Bundan əlavə, Astara rayonu ərazisində saxlanılan "QAZ-66” markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınmasının hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində isə təkcə son 1 həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol