"VİP Dental" klinika məhkəməyə verilib

"VİP Dental" klinikasına statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim etmədiyi üçün cərimələnib. Bu barədə e-mehkeme.gov.az portalında məlumat yerləşdirilib.
"Klinika barədə aidiyyatı qurum tərəfindən İnziabati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub", - saytda yerləşdirilən məlumatda deyilir.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "VİP Dental" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
www.anews.az
























