• $
  • €
  • ₽
  • ₺
  • £

100 min abonent sayğacla təmin ediləcək

100 min abonent sayğacla təmin ediləcək
28.04.2023 18:28
Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 25 aprel 2023-cü il tarixli əmrinə əsasən, Tədbirlər  Planı təsdiq edilib.

Tədbirlər Planında nəzərdə tutulan işlərin operativ və keyfiyyətlə icra edilməsi, içməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi məqsədilə "Azərsu” ASC tərəfindən Fəaliyyət Planı hazırlanaraq təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlər  tərəfindən su təchizatı sistemlərinə qanunsuz qoşulmaların müəyyən edilməsi, qeydiyyata alınması və sayğacla təmin olunması istiqamətində tədbirlərin  görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub. Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.

Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.

Bundan sonra içməli su təchizatı sistemlərinə özbaşına qoşulma, sudan qanunsuz və nəzarətdənkənar istifadə hallarına qarşı tələblər daha da sərtləşdiriləcək. Belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dərhal sərt tədbirlər görüləcək, suyun xeyli miqdarda talanması halları üzrə birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda bu hallara şərait yaradan məsul şəxslər barəsində  ciddi  tədbirlər  görüləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol