• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb
03.05.2023 14:05
Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb. Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: "Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq".

Komissiya üzvü qeyd edib ki, artıq sənədlər toplanıb: "Həmin sənədlər Prezidentə təqdim olunacaq. Çox güman ki, bu günlərdə yəni, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində əfv sərəncamının imzalanmasının şahidi olacağıq. Düşünürəm ki, bu müstəqillik illərində ən çox məhkuma şamil olunan əfv sərəncamı olacaq və xeyli insanı sevindirəcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol