Qəbələdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Qəbələdə ağır yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində "Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri,1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























