• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər arasında müsabiqə başlayır

Məktəblilər arasında müsabiqə başlayır
04.05.2023 19:20
"Nərdivançı” sosial müəllim layihəsi Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin təşkilati dəstəyi ilə "Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.

Müsabiqə şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır.

Müsabiqəyə ölkədə fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində çalışan müəllimlər öz şagird komandası ilə qoşula bilər.

Müsabiqəyə təqdim olunan işlərin qəbulu 5 may 2023-cü il tarixindən 5 iyun 2023-cü il tarixinə kimi davam edəcək. Qeyd olunan şərtləri ödəyən videoçarxlar "Nərdivançı" layihəsinin feysbuk səhifəsində paylaşılacaq. Paylaşılan videoçarxlar içərisindən münsiflər heyəti tərəfindən ilk üç videoçarx seçilərək qalib komandalar müəyyənləşdiriləcək.

Müsabiqə Avtosfer.az saytının informasiya dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtləri:
▪️Komanda 1 rəhbər müəllim, 2-4 şagird üzvdən ibarət olmalı;
▪️Videoçarxlar məktəblilərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsinə xidmət etməli;
▪️Videoçarx 1-3 dəqiqəlik olmalı;
▪️ Videolar keyfiyyətli, albom formatında çəkilməli, montaj olunmalı;
▪️ İştirakçı (rəhbər müəllim) özü haqqında zəruri məlumatları (ad, soyad, atasının adı, yaşadığı şəhərin (rayonun) adı, çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 5 iyun saat 23:59-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir.

Qeyd edək ki, müsabiqədə "Nərdivançı" layihəsinin işçi heyətinin müəllimləri iştirak edə bilməz.

Müsabiqənin nəticələri 20 iyun 2023-cü ilədək elan olunacaq. Təltifetmə tədbiri əyani şəkildə Bakı şəhərində rəsmilərin iştirakı ilə baş tutacaq. Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol