• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Marafonu 2023 start götürüb

Bakı Marafonu 2023 start götürüb
07.05.2023 10:24

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2023” start götürüb.

2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.

Budəfəki marafona 19.500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər də iştirak edir.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olacaq. Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edir. Elə marafonda birinci start da Qarabağ qaziləri, fiziki imkanları məhdud şəxslər üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.

"Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunur, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edir.
"Bakı Marafonu 2023” ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol” (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, "Finiş xəttini ilk keçən korporativ iştirakçı”, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini keçən fiziki imkanları məhdud olan ilk 3 iştirakçı nominasiyalarında da mükafatlar veriləcək. Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunacaq.

Qarabağ Dirçəliş Fondu və Fondun donoru "Stevedoring” şirkətinin dəstəyi ilə isə "Bakı Marafonu 2023” qalibləri adından işğaldan azad olunmuş ərazilərdə 1500 ağac əkilməklə "Marafon bağı”nın salınması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu qalib tələbələrimiz üçün "Marafon bağı”na və mədəniyyət paytaxtımız Şuşaya 1 günlük səfər proqramı hazırlayıb. Eləcə də qadın və kişi kateqoriyası üzrə finişə ilk çatan yaşlı, həmçinin korporativ iştirakçıların da Şuşaya 1 günlük səfərini təşkil edəcək.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə "Bakı Marafonu 2023”ün medalları ilə təltif ediləcək.

İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol