• $
  • €
  • ₽
  • ₺
  • £

7 gün komada olan tanınmış jurnalist evə buraxıldı

7 gün komada olan tanınmış jurnalist evə buraxıldı
17.03.2014 12:56

Qanında şəkərin miqdarının artıq olması səbəbindən komaya düşərək yeddi gün komada qalan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu xəstəxanadan evə buraxdı.

ANS PRESS-in məlumatına görə, onun vəziyyəti tam düzəlib, şəkəri normallaşıb.

Jurnalistin qardaşı, Kukla teatrının direktoru Rəşad Əhmədzadə ANS PRESS-ə açıqlamasında, Zülfüqar Rüfətoğlunun müalicəsini evdə davam etdirəcəyini bildirdi: ""Şəkəri hələ də bir balaca yüksəkdi. Çox şükür, başqa problemi qalmayıb. 7 gün komada yatdı. Əlimizi üzmüşdük, heç ümidimiz qalmamışdı. Sağ olsun Azərbaycan həkimləri, qardaşımı bizə qaytardılar. Şəkəri ödünü də sıradan çıxarmışdı, həkimlər ödü çıxarldılar. İndi normal danışır, hərəkət edir. Demək olar ki, sağlamlığı yerinə qayıdıb."Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol