• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi tibb müəssisələrinin adları dəyişdirildi - SİYAHI

Bəzi tibb müəssisələrinin adları dəyişdirildi - SİYAHI
11.05.2023 11:18
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.
 
Mərkəzdən verilən məlumata görə, bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
 
Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb. Mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib:
 
8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi
12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi
28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi
Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi
Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi
9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası
13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası
15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası
18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası
22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası
31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası
32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası
 
 TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib. Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib. Həyata keçirilən bu tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ikin səhiyyə xidməti müəssisələrinin iş yükünün azaldılması və ambulator xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol