İsmayıllıda sahibsiz itlər 67 yaşlı qadına xəsarətlər yetirib

İsmayıllıda 67 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb.
Sahibsiz itlər rayonun Qubaxəlilli kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aidə İlyas qızına yaşadığı evin həyətində hücum edib.
Küçə itləri qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək ona xəsarət yetiriblər.
Yaralı qadın təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























