Zaqatalada məktəbi ildırım vurub, güclü yanğın baş verib
13.05.2023 23:00
Zaqatalada məktəbə düşən ildırım nəticəsində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb. www.anews.az