• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimin səhvi ilə üzləşən şəxs nə etməlidir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Həkimin səhvi ilə üzləşən şəxs nə etməlidir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
16.05.2023 16:28
Azərbaycan Respublikasının Konstitusiyanın əhalinin sağlamlıq hüquqları haqqında qanununun 41-ci maddəsinə görə, pasientin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
 
Aktual məsələlərdən biri də tibbi xidmətlərin  göstərilməsi zamanı  vətəndaşların həyat və sağlamlığına dəyən zərərin kimlər tərəfindən ödənilməsidir. Praktikada bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi kimi məsələlər qaranlıq qalır.
 
Hüquqşünas Fərhad Mehdiyev bu cür hallarda vətəndaşları prokrorluğa yox, vəkillərə müraciət etməyə çağırıb.
 
"Öncə onu qeyd edim ki, həkim səhvi ilə müalicə səhvi eyni deyil. Müalicə səhvində həkim məsuliyyət daşımır. Amma həkim səhvində birbaşa həkim özü məsuliyyət daşıyır. Həkimlər adətən müalicəni tibbi protokola uyğun olaraq aparırlar. Həkim tibbi protokollara uyğun olmayan bir müalicə yazıbsa, lazım olan analizləri toplamayıbsa, bu artıq həkimin birbaşa səhvi hesab olunur. Bu halda cinayət məsuliyyəti yaranır və konpensasiya tələb etmək mümkündür. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Mən vətəndaşlara belə hallarda polisə və yaxud icra orqanlarına müraciət etməyi məsləhət görmürəm. Çünki, belə hadislər zamanı çox vaxt həkimlərin xeyrinə qərar çıxarılır. Tövsiyyə edirəm ki, bu cür hallarda vəkil tutub mülki qaydada ya xəstəxanaya, ya da həkimin özünə qarşı iddia qaldırsınlar. Bir çox hallarda iddia xəstəxanaya qarşı qaldırılır. Çünki, xəstəxanadan pulu almaqda rahatdır. Eyni zamanda xəstəxanalar özləridə belə məqamlara daha ehtiyyatlı və həssas yanaşırlar”, - hüquqşünas bildirib. 
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni,  tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır.  Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.

"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə  tibb işçisi 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol